Portuqaliya və İsveçrədən darmadağın, İngiltərə Macarıstanla bacara bilmədi - VİDEO

Qətərdə keçiriləcək 2022-ci il Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti qarşılaşmalar baş tutub.

Günün ilk qarşılaşmasında Qazaxıstan millisi Astanada Finlandiya millisini qonaq edib. D qrupu komandalarının matçı skandinavların qələbəsiylə başa çatıb - 2:0.

Qrupun digər oyununda Ukrayna millisi Bosniya və Herseqovinanı qonaq edib. Qarşılaşmada tərəflər hərəyə bir top vuraraq sülhlə ayrılıblar - 1:1.

Azərbaycan millisinin də yer aldığı A qrupunda günün növbəti görüşü Portuqaliya ilə Lüksemburq arasında keçirilib. Gözlənildiyi kimi görüş prineylilərin tam üstünlüyü ilə keçib və 5:0 hesabıyla yekunlaşıb.

I qrupunda lider İngiltərə Macarıstanla oyunda minimal hesablı heç-heçə edərək öz meydanında xal itirib. Matç meydandakı hadisələrdən daha çox tribunalarda baş verənlərlə yadda qalıb. Belə ki, macarıstanlı fanatlar oyunöncəsi diz üstə dayanan ingilislər futbolçuları fitə basıb. Polis azarkeşləri sakitləşdirmək üçün dəyənəkləri işə salmalı olub. Həmçinin, Macarıstanın hesabı bərabərləşdirməsindən sonra qonaq fanatlar tribunalarda qadağan olunmuş partlayıcı maddələr yandırıb.

Gecənin digər nəticələrisə aşağıdakı kimi olub:

DÇ-2022, seçmə mərhələ

12 oktyabr

A qrupu

Azərbaycan - Serbiya - 3:1

Portuqaliya - Lüksemburq - 5:0

B qrupu

Kosovo - Gürcüstan - 1:2

İsveç - Yunanıstan - 2:0

C qrupu

Bolqarıstan - Şimali İrlandiya- 2:1

Litva - İsveçrə - 0:4

D qrupu

Qazaxıstan - Finlandiya - 0:2

Ukrayna - Bosniya və Herseqovina - 1:1

F qrupu

Danimarka - Avstriya - 1:0

Farer adaları - Şotlandiya - 0:1

İsrail - Moldova- 2:1

I qrupu

Albaniya - Polşa - 0:1

İngiltərə - Macarıstan - 1:1

San Marino - Andorra - 0:3

0.69896912574768