Bakıda 37 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Nuriyev Rəşad Hidayət oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

1.1485688686371