Daşkəsəndə Vətən Müharibəsi şəhidinin anım günü keçirilib – FOTO

Daşkəsən rayon Şəhidlər xiyabanında Vətən Müharibəsi şəhidi gizir Abdullayev Şəhriyar Kamil oğlunun anım günü qeyd olunub.

Tədbirdə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı Azər Qocayev, Daşkəsən və Kəlbəcər rayonlarının hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, rayonun şəhid anaları, qazilər və KİV mənsubları iştirak ediblər. 

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhuna dualar oxunub.  

0.73099899291992