Azərbaycanın valyuta ehtiyatlarının həcmi AÇIQLANDI

Azərbaycanın rəsmi valyuta ehtiyatlarının həcmi 51 milyard 260,16 milyon dolları təşkil edib.

paralel.tv-ın məlumatına görə, valyuta ehtiyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 faizə qədər, ilin əvvəlinə nəzərən isə 1,3 faiz artıb.

Beynəlxalq valyuta ehtiyatlarının 7 milyard 33,8 milyon dolları Mərkəzi Bankın, 44 milyard 226,4 milyon dolları Dövlət Neft Fondunun balansında olub. Yəni, valyuta ehtiyatlarının 13,7 faizi Mərkəzi Bankın, 86,3 faizi isə Neft Fondunun payına düşür.

Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi ilin əvvəli ilə müqayisədə 10,4 faiz, ötən ilin eyni dövrünə nəzərən isə 8,4 faiz artıb.

Neft Fondunun valyuta ehtiyatlarının həcmi isə ilin əvvəli ilə müqayisədə 1,5 faiz, illik müqayisədə isə 2,2 faiz artıb.

Nigar Məmmədova

0.39159107208252