Azərbaycanda mobil operatorların gəlirləri BİLİNDİ

2021-ci ilin doqquz ayında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 1 699 300 000 manatlıq xidmət göstərilib.

paralel.tv-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 5,7 faiz artıb.

Bildirilib ki, bu xidmətlərin 76 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 42,6 faizi və ya 723 600 000 manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Bu rəqəm 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz çoxdur. 

Qeyd edək ki, ötən ilin müvafiq dövründə mobil operatorlar tərəfindən 671 000 000 manatlıq xidmət göstərilib.

Nigar Məmmədova

0.18905115127563