İnquşetiyada 11 yaşlı oğlan yeni dünya rekordu müəyyənləşdirib

İnquşetiyada “Çingiz” idman klubunun yetirməsi olan 11 yaşlı Əbdülrəhim Hetaqazov yeni dünya rekordu müəyyən edib.

O, 11 saat, 11 dəqiqə və 11 saniyə ərzində fasiləsiz olaraq plank vəziyyətində qalıb.

İdmançıya rekordun qeyd alınması üzrə müvafiq sənəd təqdim edilib.

Qeyd edək ki, öncəki rekord 9 saat 30 dəqiqə olmaqla Avstraliya vətəndaşı tərəfindən müəyyən olunmuşdu.

Mənbə: “İnterfaks”

0.28099894523621