Azərbaycan Premyer Liqası: “Qəbələ” üç xalı üç qolla qazandı - VİDEO

Azərbaycan Premyer Liqasında VIII tur davam edir.

paralel.tv xəbər verir ki, günün tək matçında “Keşlə” “Qəbələ”ni qəbul edib.

Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Bu nəticədən sonra xallarının sayı 15-ə çatdıran “Qəbələ” 3-cü pillədə qalıb. Paytaxt klubu isə 7 xalla 6-cı sıradadır.

Qeyd edək ki, ilk oyun günündə “Sabah” evdə “Sumqayıt”a 3:0, “Neftçi” isə “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib.

Tura oktyabrın 25-də oynanılacaq “Səbail” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

0.81053805351257