Teymur Rəcəbov Dubayda dünya şahmat tacı uğrunda mübarizəni izləyəcək - FOTO

Azərbaycanlı qrossmeyster, şahmatçımız Teymur Rəcəbov BƏƏ-nin Dubay şəhərinə yollanıb.

paralel.tv-ın xəbərinə görə, Rəcəbov Sloveniyada keçirilmiş komandalararası Avropa çempionatında iştirak etdikdən sonra Dubayda norveçli dünya çempionu Maqnus Karlsen və rusiyalı Yan Nepomnyaşi arasında keçiriləcək şahmat tacı uğrunda mübarizəni canlı izləyəcək.

Yarışı izləyənlər arasında 2007-2013-cü illər arasında dünya çempionu olmuş hindistanlı Vişvanatan Anand da olacaq.

Qeyd edək ki, dördqat dünya çempionu Maqnus Karlsen (2013, 2014, 2016, 2018-ci illərdə dünya çempionu olub – S.M.) öz titulunu qorumaq üçün bugündən etibarən Yan Nepomnyaşiyə qarşı mübarizəyə başlayacaq.

Səbuhi Musayev

0.25072002410889