Hindistanın Mumbay şəhərində 20 mərtəbəli binada baş verən yanğın 7 nəfərin həlak olmasına, 20-yə qədər insanın yaralanmasına səbəb olub.
Səhər saatlarında 17-ci mərtəbədə başlayan yanğın qısa müddətdə bütün binanı bürüyüb.
Yanğının qısa qapanma səbəbindən baş verdiyi bildirilib. Sakinlərin 90-dan çoxu binanı özləri tərk ediblər.
Mənbə: Anadolu