“Barselona”nın hücumçusu əməliyyat oluna bilər

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Ansu Fati əməliyyat oluna bilər.

Həkimlər futbolçunun əməliyyat olunmasının tərəfdarıdır. Yekun qərar futbolçu və onun valideynləri ilə görüşdən sonra veriləcək.

Fati əməliyyat olunarsa, o, təxminən üç ay oyunları buraxa bilər.

Hücumçu “Atletik”lə matçın (2:3) 61-ci dəqiqəsində əvəzedicidən meydana çıxıb və 35 dəqiqə sonra zədə səbəbindən meydanı tərk edib. Meydanı tərk edən Fati göz yaşlarını saxlaya bilməyib.

Xatırladaq ki, 2020-ci ilin noyabrında Fati “Betis”lə matçda dizindən ağır zədə almışdı. Əvvəlcə onun qayıdışının dörd aydan sonra baş tutacağı güman edilirdi. Lakin dizindəki problemlərə görə o, ötən mövsümün qalan hissəsini buraxdı və Avro 2020-də də mübarizə apara bilmədi. 2021-ci ilin sentyabrında oyunçu 10 aydan sonra ilk dəfə meydançaya çıxdı.

Mənbə: Championat

0.21942710876465