Yaponiyada güclü zəlzələlər barədə XƏBƏRDARLIQ

Gələn həftə Yaponiyada yeni güclü zəlzələlər baş verə bilər. Ötən gecə Yaponiyanın cənub-qərbində baş verən 6,6 bal gücündə zəlzələdən sonra ölkənin milli meteorologiya idarəsi şənbə günü belə bir xəbərdarlıq edib.

Yeni güclü zəlzələnin ən böyük ehtimalının yaxın iki-üç gündə olacağı vurğulanır. Yerli sakinlər ayıq və diqqətli olmağa çağırılır.

Son məlumatlara görə, Yaponiyanın cənub-qərbində şənbə günü gecə baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində 10-dan çox insan xəsarət alıb. Sunami təhlükəsi elan edilməyib və zəlzələ yerli atom elektrik stansiyalarında heç bir fövqəladə vəziyyət yaratmayıb.

Mənbə: TASS

0.32959890365601