Azərbaycanda sağlamlıq imkanlarına görə fərqli təhsil alan şagirdlər - VİDEO

Azərbaycanda təhsilini evdə alan sağlamlığı məhdud şagirdlərin sayı 8456 nəfərdir. 

Ağdam 1 nömrəli tam orta məktəbin 8-ci sinifində təhsil alan Fidan Quliyeva da həmin şagirdlərdən biridir. 

Fidan deyir ki, bu qədər məhdud şərtlərlə təhsil alsa da, onun həvəsi heç bir zaman azalmır.

“Mənim hazırda bu qədər pozitiv olmağımın səbəbi oxuduğum kitablar və ətrafımdalı insanlardır. Evdən təhsil almağın həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, evdə çox rahat oluram, sıxılmıram. Mənfi tərəfi isə insanlarla ünsiyyətdə az olmağımdır” – deyə, o qeyd edib. 

Daha ətraflı süjetdə:

0.22345995903015